ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran rəsmisi: Tehran və Moskva ən dərin strateji əlaqələr mərhələsinə daxil olublar

“Beynəlxalq müstəvidə baş verən proseslərə görə Tehran və Moskva siyasi və təhlükəsizliklə yanaşı, ən dərin strateji əlaqələr mərhələsinə daxil olublar.”

Qafqaz.ir  SalamNews-a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib: “Beynəlxalq müstəvidə baş verən proseslərə görə Tehran və Moskva siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıqdan əlavə, ən dərin strateji əlaqələrə daxil olublar. Belə ki, bu iki ölkənin iqtisadi parametrlərini ehtiva edəcək və iki ölkənin mənfəətləri üçün müsbət bir üfüq yaradacaq.”

“40 milyard dollarlıq sərmayə ilə neft və qaz sahəsində anlaşma memorandumunun imzalanması İranın neft sənayesində böyük inkişaf hesab olunur”, deyə o əlavə edib.

İranın bu millət vəkilinin fikrincə, İran və Rusiya arasında neft və qaz sahəsində strateji razılaşma həyata keçərsə, iki ölkə enerji qiymətinin müəyyən edilməsində və dünya neft bazarının idarə olunmasında ən yüksək rolu oynaya biləcəklər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button