ArxivXəbər lentiXəbərlər

Ayətullah Sistaninin nümayəndəsi Gürcüstanda səfərdədir – Foto

Ayətullah Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani 14 nəfərlik nümayəndə heyəti ilə birgə Gürcüstanda səfərdədir

İslam Dünyasının böyük mərcəiyyəti, İraqın Nəcəf şəhərində yaşayan böyük din alimi Ayətullah Əli Sistaninin nümayəndəsi Seyyid Cavad Şəhristani 14 nəfərlik nümayəndə heyəti ilə birgə Gürcüstanda səfərdədir.
Səfərdən məqsəd Gürcüstandakı müsəlmanların vəziyyəti ilə yaxından tanış olmaq və Ayətullah Şəhristaninin dəstəyi hesabına Marneuli şəhərində “İmam Hüseyn (ə)” adına inşa olunan məscidin açılışında iştirak etməkdir.
Qonaqlar dünən günün birinci yarısında Gürcüstan Müsəlmanları İdarəsinin rəsmi binasında olublar. Onları qarşılayan Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov və müftiləri Hacı Beqlar Kamaşidze və Hacı Yasin Əliyev Gürcüstanda yaşayan müsəlmanlar və dini vəziyyət haqqında ətraflı məlumat verib. Gürcüstan Müsəlmanları İdarəsinin amal, məqsəd, struktur və strategiya planı haqda geniş söhbət etdilər. Görülən işlərdən nümunələr göstərərək BGMİnin ötən bir illik fəliyyətini və bu ilki fəaliyyət proqramını təqdim etdilər.
Görüşdən məmnun qalan Ayətullah Şəhristani Gürcüstan Müsəlmanları İdarəsinə və ruhanilərinə müqəddəs işlərində uğurlar diləyib.

İki qardaş məzhəbin bir idarədə işləməsini yüksək qiymətləndirərək Ayətullah Sistaninin İslam vəhdəti haqda fikirlərini dilə gətirib. Onların vəhdət və səmimiyyət ənənəsini qoruyaraq qeyri ənənəvi təkfirçi əqidələrə qarşı birgə olmalarının vacibliyini qeyd edib.
Günün ikinci yarısı isə Ayətullah Şəhristani və nümayəndə heyəti nazirlər kabinetində Dini Məsələlər üzrə Dövlət Agentliyində oldular. Qonaqları dini dövlət qurumunun rəhbəri Zaza Vaşakmadze və əməkdaşları ilə birgə Gürcüstan Müsəlmanları İdarəsinin din rəhbərləri qarşılayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button