AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Qafqaz bölgəsində hələ də hesablama gücünə malik olduğunu göstərir – Təhlil

Rusiya saytı: “Bölgə dəyişiklikləri göstərir ki, İran Türkiyə və Rusiyaya qarşı mövqeyini tamamilə itirməmək üçün müəyyən təşəbbüs göstərməlidir.”

Rusiyaya aid saytlardan biri öz təhlilində yazıb:

Cənubi Qafqaz artıq ardıcıl olaraq ikinci ildir ki, regional güclərin Avropa ilə Orta Asiyanı birləşdirən və enerji ilə zəngin bölgəyə sızmağa çalışması nəticəsində yaranan gərginliyin şahidi olur və ardıcıl ikinci ildir ki, Qərb (bu bölgədə) nəzərəçarpacaq dərəcədə görünmür.

2020-ci ildə Avropa və ABŞ ən yaxşı halda Ermənistanla Azərbaycan arasında ikinci Qarabağ müharibəsinə susdular. Qərb indi Azərbaycan və İran Respublikaları arasında yaranmış gərginlikdən yayınır ki, bunun Cənubi Qafqazda gələcək düzəlişlər üçün geniş təsirləri ola bilər. İranın bu davranışında motivi İsrailin Cənubi Qafqazda mövcudluğu, xüsusən də Azərbaycan Respublikası ilə artan təhlükəsizlik və hərbi əlaqələrdir. Sözsüz ki, İran Cənubi Qafqaz regionunda heç vaxt dominant güc olmayıb, hətta regionda Rusiya və Türkiyədən fərqli olaraq real müttəfiqi də yox idi. Buna baxmayaraq, Tehran Cənubi Qafqazı minlərlə yaxın siyasi, mədəni və iqtisadi təmaslara əsaslanan geosiyasi təsir dairəsinin bir hissəsi kimi görür. Cənubi Qafqazda öz mövqe və ambisiyalarına göz yumması İran üçün o qədər də önəmli olmaya bilər, ancaq şübhəsiz ki, İranın mövqeyinə, etibarına və Rusiya ilə münasibətlərinə təsir edə biləcək qədər zərərli olacaq.

Gərginliyin artmasında məqsəd, birincisi, Cənubi Qafqazın geosiyasətində İslam Respublikasının nisbi imicini bərpa etməkdir. İkincisi, Türkiyə əleyhinə bir təhdiddir. Çünki 2020-ci il müharibəsindən sonra Türkiyənin artan ambisiyaları və əslində həyata keçirdiyi əməli addımları İranın mövqeyini təhdid edir.

İran üçün Türkiyənin hərəkətləri 1990-cı illərdən bəri Cənubi Qafqazda hakim olan mövcud durumun əsaslarını sarsıdır. Ankara Xəzər hövzəsi, hətta Orta Asiya bölgəsinə göz dikib. Türkiyənin böyük bir gücə çevrilməsini gözləmək mümkün deyil. Buna baxmayaraq yenə də Tehranı narahat edir. Çünki 2018-ci ildə Xəzəryanı dövlətlər arasında imzalanan müqavilədə açıq şəkildə qeyd olunub ki, heç bir xarici qüvvə bölgəyə hərbi müdaxilə etməməlidir.

Xəzər dənizi iranlılar tərəfindən həmişə əvvəlcə Rusiya İmperiyası, sonra Sovet İttifaqı və indi də Rusiya Federasiyası ilə birgə eksklüziv ərazi kimi qəbul edilib. Digər sahil ölkələri bu hövzədə kiçik rola malikdirlər. Bu məsələ Türkiyənin Xəzər hövzəsindəki addımını və Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin son vaxtlar yaxşılaşmasını Tehran üçün xoşagəlməz hadisəyə çevirir. Burada Tehranın baxışları Moskvanın fikirləri ilə demək olar ki, üst-üstə düşür. Hər ikisi Türkiyənin irəliləməsindən narazıdır və İranın yeni hökuməti Rusiyaya daha çox yaxınlaşa bilər. Türkiyə qarşısında təkbaşına dayanmaq çətindir, ancaq Moskva ilə birlikdə bu addımı atmaq müqaviməti asanlaşdırır. Rusiya Ankaraya qarşı çəkindirici vasitə kimi İrana Cənubi Qafqaz işlərində səsini qaldırmağa kömək edə bilər.

Azərbaycan Respublikası ilə İran arasında gərginlik və Tehranın Türkiyənin artan mövqeyindən köklü narazılığı Cənubi Qafqazda əməkdaşlığın məhdudiyyətlərini göstərir. Bu böldə daha böyük güclər tərəfindən getdikcə parçalanmaqdadır. Bu vəziyyət əsasən, sülh təşəbbüsləri və transregional əməkdaşlıq perspektivlərini məhv edir. Fikir ayrılıqları sonda mənalı sülh və əməkdaşlıq sahəsində hər hansı əhəmiyyətli irəliləyişin qarşısını alacaq.

Ona görə də İranla Azərbaycan və dolayısı ilə Türkiyə arasında gərginlik təkrarlanacaq.

Bölgə dəyişiklikləri göstərir ki, İran Türkiyə və Rusiyaya qarşı mövqeyini tamamilə itirməmək üçün müəyyən təşəbbüs göstərməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button