ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan arasında ticarət və nəqliyyatın inkişafında mühüm addım

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Respublikası Astarasında Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və təkmilləşdirilməsi üzrə yekun qərar barədə müzakirə aparıblar.

İki ölkənin müştərək iqtisadi komissiyasının həmsədrləri cümə günü bu iclasda səkkiz kilometri Azərbaycan Respublikası, iki kilometri isə İran ərazisində inşa olunacaq on kilometrlik dəmir yolu xəttinin tikintisini nəzərdən keçiriblər.

Bu müzakirələrin yekunlaşması və bu mühüm dəmiryolu hissəsinin inşası ilə Azərbaycan Respublikasının dəmir yolu gələcəkdə İran Astarasında İranın dəmir yoluna qovuşacaq və regional nəqliyyat sahəsində mühüm addım atılacaqdır.

Bu layihənin inşasının başlanması ilə bir vaxtda, iki ölkə sərhədində dəmir yolu körpüsü və İran Astarasında böyük yük və əmtəə mal terminalı tikiləcək.

Rəşt-Astara dəmir yolunun icra tərzi barədə qərarçıxarma bu iclasda nəzərdən keçirilən digər mövzulardan olub.

Tərəflər həmçinin dəmir yolu, şose nəqliyyatı, gömrük, Qız Qalası və Xudafərin su bəndi komitəsi yaradıblar və qərara alıblar ki, bu komitələr tez bir zamanda iki ölkə rəsmiləri arasında imzalanmaq üçün lazımi hüquqi sənədləri hazırlasınlar.

İranın yol və şəhərsalma nazirinin müavini və Dəmir Yolu Şirkətinin sərəncamçı müdiri Möhsün Pur Seyyid Ağayi deyib: Şimal-Cənub dəmir yolu İran ərazisində 376 və Azərbaycan ərazisində səkkiz kilometrə şamil olur ki, İran ərazisindəki 376 kilometrin 200 kilometri Qəzvin-Rəşt istiqamətində tikilməkdədir və hazırda yetmiş faizlik irəliləyişə malikdir.

O, əlavə edib: Qəzvin-Rəşt-Astara dəmir yolunun təkmilləşməsi və Azərbaycan Respublikasının dəmir yoluna qovuşması ilə Qafqaz ölkələri, Rusiya və Avropanın İranın Gilan vilayəti vasitəsi ilə Fars Körfəzinin isti sularına və Hind Okeanına çıxmaları imkanı yaranacaq, həmçinin Şimal-Cənub koridoru təkmilləşəcəkdir.

İki ölkənin dəmir yolunun bir-birinə qovuşması İranın şimal qonşuları ilə iqtisadi-ticari əlaqələrinin inkişafında yeni atmosfer yaradacaq.

Bu dəmir yolu layihəsinin icrası üçün təqribən bir illik zaman nəzərdə tutulub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button