ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran prezidentinin azərbaycanlı həmkarı ilə görüşü məhsuldar olub

İran və Azərbaycan prezidentləri Aşqabadda görüşüblər.

Qafqaz.ir-nin məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi noyabrın 28-də Türkmənistan paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (IƏT) 15-ci zirvə toplantısının kənarında Azərbaycan Respublikasının prezident İlham Əliyev ilə görüşüb.

Rəisi azərbaycanlı həmkarı ilə ikitərəfli görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İranın Azərbaycan Respublikası ilə əlaqələri mədəni-sivilizasiya əlaqələridir və bu əlaqələr keçmişə gedib çıxır və zərrə qədər də pozulmamalıdır.

Cənab Rəisi sonra deyib: “Bu gün Azərbaycan prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə üçün maraq doğuran məqamlar qaldırıldı”.

Hökumət başçısı həmçinin İran, Türkmənistan və Azərbaycan Respublikası arasında qaz sazişinin imzalandığını bildirərək deyib: İki-üç ölkə arasında əlaqələrin inkişafı üçün daha çox addımlar atılmalıdır. İran ilə Azərbaycanın iradəsi iqtisadi, ticarət və tranzit əlaqələri üçün daha çox addımların atılmasına köklənib və ümid edirik ki, bu əlaqələr inkişaf edəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button