ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran prezidenti: Xəzər dənizi sahil ölkələrin müştərək mirası və sərmayəsidir

B.Samid. “Xəzərin sahili hövzəsində 270 milyon insan bu dənizdən bəhrələnməkdədirlər. Xəzər sahil ölkələrin müştərək mirası və sərmayəsidir.”

 bunu İranın prezidenti İbrahim Rəisi Türkmənistana səfərindən öncə deyib.

İranın prezidenti Xəzəryanı ölkələrin sammitinə qatılmaq üçün Türkmənistana səfərindən öncə mətbuata verdiyi açıqlamasında bildirib ki, Xəzər sahil ölkələrinin müştərək mirası və sərmayəsidir.

Türkmənistan prezidentinin dəvəti ilə Xəzəryanı ölkələrin altıncı sammitinə yollandığını deyən İran prezidenti qeyd edib ki, bu iclasda xəzərin hüququ statusunun, onun təhlükəsizliyi, sahil ölkələri arasında tranzit, nəqliyyat, ticarət, ekologiya və sair sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə ediləcək.

O bildirib ki, iclasın gündəminə, əcnəbi qüvvələrin Xəzərdə mövcudluğuna mane olmaq məsələsi də daxildir. Rəisi əlavə edib ki, Xəzəryanı ölkələr son məsələ ilə bağlı yekdildirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button