İran Prezidenti Rusiyaya səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana səfər edəcək.
Bu barədə İranın Rusiyadakı səfiri Kazim Cəlali “TASS”-a verdiyi açıqlamada bildirib. Məlumata görə, oktyabrda baş tutacaq səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılıb.
Səfir bildirib ki, səfər və görüşlərlə bağlı hazırlıq işləri görülür. O əlavə edib ki, Məsud Pezeşkianın Vladimir Putinlə yanaşı, başqa ölkələrin liderləri ilə ikitərəfli, Rusiyadakı İran ictimaiyyəti ilə görüşü, sammitdə çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, BRİCS-in zirvə toplantısı 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək
BRİCS-in zirvə toplantısı oktyabrın 22-dən 24-ə kimi Tatarıstanın paytaxtı Kazanda baş tutacaq. Qeyd edək ki, İran bu ilin yanvar ayından etibarən BRİKS-in rəsmi üzvu kimi təşkilata qoşulub.
Kazim Cəlali onu da bildirib ki, sənədləşmə işlərinin tamamlandıqda Rusiya-İran arasında hərtərəfli əməkdaşlıq memarandumunun imzalanması ya toplantı çərçivəsində ya da hər iki ölkə başçılarının görüşündə imzalanması gözlənilir.
İranın Rusiyadakı səfiri xatırladıb ki, iki ölkə arasında geniş əməkdaşlıq üçün işlər tamamlanmaq üzrədir. Tərəfimiz bu işləri artıq yekunlaşdırıb.