“Onlar müxtəlif kanallarla, danışıqlara hazırıq və təxribat yaratmaq məqsədimiz yoxdur, deyə mesaj göndərirlər. Bununla yanaşı onlar niyə İrana qarşı təbliğat apararaq, onu zəiflətməyə və sonuna çıxmağa çalışırlar?! ”
|
bunu İranın prezidenti İbrahim Rəisi bu günkü çıxışında deyib.
İbrahim Rəisi bu gün yüzlərlə hərbçinin dəfn mərasimində çıxışı zamanı Qərbin son etiraz və iğtişaşlardakı rolundan danışıb.
O, İran hakimiyyəti və xalqının aldanmışlara qucaq açdığını, lakin müxalif və düşmən kəsilənlərə rəhm edilməyəcəyini bildirib.
İbrahim Rəisi Qərbə xitab edərək, sual verib;
“Onlar müxtəlif kanallarla, danışıqlara hazırıq və təxribat yaratmaq məqsədimiz yoxdur, deyə mesaj göndərirlər. Bununla yanaşı onlar niyə İrana qarşı təbliğat apararaq, onu zəiflətməyə və sonuna çıxmağa çalışırlar?!”
İbrahim Rəisi həmçinin son etiraz və iğtişaşları Məhəmməd Peyğəmbərin (s) dövründə müsəlmanlara qarşı başladılmış “Əhzab” (Xəndək) müharibəsinə bənzədib, İrana qarşı hücumların çoxsaylı və müxtəlif cəbhələrin tərəfindən həyata keçirildiyini bildirib.