ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Parlamentinin sədri: Azərbaycanla İran arasında anlaşılmazlıqlar aradan qaldırılıb

“Son zamanlarda Azərbaycanla bəzi anlaşılmazlıqlar yaranıb ki, bu məsələlər də aradan qaldırıldı. Gələcəkdə Bakıya səfərim olacaq.”
Qafqaz.ir xəbər verir ki, bunu Türkiyədən Tehrana geri dönən İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O, Tehran Hava Limanında mətbuata açıqlamasında Türkiyədə Asiya Parlament Assambleyasının (APA) 13-cü plenar sessiyasında çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdüyünü bildirib.
“Bu iclas çərçivəsində Azərbaycan və Türkiyə parlamentlərinin rəhbərləri ilə ikitərəfli və üçtərəfli görüşlərimiz oldu. Görüşlərdə üç ölkə arasında nəqliyyat, enerji və tranzitlə bağlı məsələlər müzakirə edilib”, deyə Qalibaf əlavə edib.
İran Parlamentinin sədri iki ölkənin siyasi, iqtisadi, parlamentlərarası və sair sahələr üzrə əlaqələrinin əhəmiyyətinə toxunaraq deyib: “Qonşu Azərbaycan ölkəsi İran üçün xüsusi şəraitə malikdir və qarşılıqlı əlaqələrdə parlamentlərarası münasibətlərin artırılmasının mühüm rolu var. Bu gün iki ölkə münasibətlərini dərinləşdirməyi və get-gəli artırmaq niyyətindədirlər. Mən əminəm ki, iki ölkənin rəsmilərinin istəyi əlaqələri genişləndirməkdir. Biz regional və qlobal səhnələrdə yaxşı əlaqələrə malik ola bilərik. Ölkələrimiz nə qədər bir-birinə yaxın olsa, region üçün bir o qədər yaxşıdır. Regiondan kənar ölkələrin müdaxiləsinə icazə verməməliyik. İranın, sərhədlərdə heç bir geoisiyasi dəyişikliyi qəbul etməyəcəyini bildirən Qalibaf deyib: “Azərbaycanla get-gəli və əlaqələri artırmaq məsələsində də açıq-aydın mövqeyimiz var, ticarət və tranzit imkanlarının genişləndirilməsinə hazırıq”, deyə Məhəmməd Baqir Qalibaf əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button