ArxivIslamSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

İran nüvə razılığı ilə bağlı danışıqlarda iştirak edən vasitəçilər məsləhətləşmələr üçün ölkələrinə geri dönüb

2015-ci il nüvə razılığını canlandırmaq məqsədilə aparılan danışıqlar mühüm dönüş nöqtəsinə çatdığı üçün Avropa və İrandan vasitəçilər məsləşətləşmək üçün ölkələrinə geri dönüblər.

İranın IRNA xəbər agentliyi yanvarın 15-də bildirib ki, vasitəçilər iki gün sonra Vyanaya qayıdacaq, lakin ekspert səviyyəsində müzakirələr həftə sonu da davam edəcək.

Tehranın nüvə ambisiyalarını məhdudlaşdırmaq müqabilində Qərbin sanksiyalarını aradan qaldıran saziş 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın birtərəfli qaydanan razılıqdan geri çəkilməsi və yenidən sanksiyalar tətbiq etməsindən sonra çökməyə başlayıb.

Bunun ardınca İran öhdəliklərindən geri çəkilməyə və uranı zənginləşdirə fəaliyyətini bərpa edərək, rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı adlı razılığını tamamilə çökmə eşiyinə sürükləyib.

Razılığı bərpa etmək səyləri 2021-ci ildə başlayıb, lakin daha sonra İranda yeni ultramühafizəkar hökumətin seçilməsi ilə beş ay müddətinə dayandırılmışdı.

İran və Birləşmiş Ştatlardan əlavə razılığı Britaniya, Çin, Fransa, Almaniya və Rusiya imzalayıb.

Danışıqların əsas məqsədi Birləşmiş Ştatların razılığa geri dönərək, sanksiyaları aradan qaldırmasıni, İranın isə razılığa tam əməl etməsini təmin etməkdir.

Avropa İttifaqının xarici işlər idarəsinin başçısı Cozep Borrell yanvarın 14-də deyib ki, razılığı bərpa etmək hələ də mümkün görünür və danışıqlar Milad bayramından öncəki dövrlə müqayisədə “daha yaxşı ab-havada irəliləyir.”

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Katibzadə ötən həftə deyib ki, “bütün tərəflərin” razılığı canlandırmaq səyləri “müsbət irəliləyişlə” nəticələnib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button