ArxivIslamXəbər lentiXəbərlər

Yəmən və Azərbaycan şiələri bir-biri ilə dərin mənəvi bağlantıya malikdirlər

Azərbaycan Respublikasının İslam Hərəkatının mərhum rəhbəri öz xatirələr kitabında Azərbaycanda İslami oyanışı, çiçəklənməni və İmam Xomeyni (r.ə) məktəbinin tanınmasını və özünə tərəfdar toplamasını yəmənli bir tələbənin açıqlamasının və təbliğinin nəticəsi sayır.

Qafqaz.ir”nur-az” xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının İslam Hərəkatının qurucusu və mərhum rəhbəri Hacı Əli Əkrəm Əliyevin xatirələri insanlara Yəmən və Azərbaycan şiələri bir-biri ilə dərin mənəvi bağlantıya malik olduqlarını xatırladır.

Hacı Əli Əkrəm Əliyev Azərbaycanda Sovetlər İttifaqı zamanı Azərbaycanda Xomeyniçilər məskəni kimi tanınan Nardaran qəsəbəsinin tanınmış ağsaqqalı və İslam hərəkatının ilk təsisçilərindən olub. Hal-hazırda gördüyümüz əksər İslamçı təşkilatlar və müqavimət hərəkatlarının binövrəsində Hacı Əlikramın böyük rolu olub. O öz xatirələrində SSR dağılmağa az qalmış bir zamanda Azərbaycanda İslami oyanışı, çiçəklənməni və İmam Xomeyni (r.ə) məktəbinin tanınmasını və özünə tərəfdar toplamasını yəmənli bir tələbənin açıqlamasının və təbliğinin nəticəsi sayır.

Azərbaycan Respublikasında islamçı hərəkatın banisi olan mərhum Hacı Əlikram Nardarani xatirələr kitabında bildirir:

1975-ci ildə məlumat aldıq ki, türkdilli və şiə məzhəbindən, Yəmən əhlindən olan Əhməd adlı tələbə Bakıda təhsil alır. Əhməd ziyarət məqsədi ilə Nardaranda Rəhimə Xanım ziyarətgahına gəlmişdir. Bir neçə nəfər yığışıb Rəhimə Xanım ziyarətgahına, onun görüşünə getdik. Orada birinci dəfə olaraq İmam Xomeyninin adını yəmənli tələbənin dilindən eşitdik. Biz İmam Xomeyninin mübarizəsi ilə tanış olduqdan sonar, kommunist quruluşu və Stalin diktaturasında şəhid edilmiş Bakı və Azərbaycan alimlərini də yada saldıq. İmam Xomeyninin adı o mücahid alimləri bizim fikrimizdə diriltdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button