“İran həmişə olduğu kimi, həmdərdlik göstərmək və sionist rejimin dağıntıdan başqa bir şey gətirməyən təcavüzünün nəticələrini kompensasiya etmək üçün nəcib Livan xalqının yanındadır.”
Qafqaz.ir IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani bəyan edib.
“2000 və 2006-cı illərdəki qələbələrdən sonra Livan bu il meydanda qəhrəmancasına müqavimət göstərərək yeni ilahi qələbə qazandı”, – deyə o qeyd edib.
“Bu qələbə ölkənin bütün şəhər və bölgələrində möhkəm və qətiyyətli rəsmi mövqeyin, mətanətli ordunun, geniş və bənzərsiz xalq həmrəyliyinin dəstəyi ilə əldə edildi”, – deyə o əlavə edib.
“İslam müqaviməti şəhidlərinin seyyidi, Seyid Həsən Nəsrullahın əvvəlcədən elan etdiyi bu şərəfli qələbə münasibətilə Livan xalqını və bu ölkənin bütün təbəqələrini təbrik edirəm”, – deyə o bildirib.
“İran İslam Respublikası həmişə olduğu kimi, yaralara məlhəm qoymaq, həmdərdlik göstərmək və dağıntıdan başqa bir şey gətirməyən sionist rejimin təcavüzünün nəticələrinin kompensasiya edilməsinə kömək etmək üçün nəcib Livan xalqının yanındadır. Yaşasın Livan!”, – deyə Əmani vurğulayıb.