İran XİN sözçüsü İsveçdə Qurani Kərimin müqəddəsliyinə yenidən hörmətsizlik edilməsindən təəssüfləndiyini ifadə edərək insan hüquqlarında paradoksal rəftarlar və islam müqəddəslərinə qarşı həyasızlıq təkrar olunduğunu vurğulayıb.
Fars İnformasiya agentliyinin məlumatına əsasən, Nasir Kənani deyib: İsveç dövlətinin məsuliyyətlərindən hesab edilən insan hüquqlarına təcavüzə mane olmaq və təhlükəsizliyi qorumaq kimi iddiaları müqabilində bu ölkədə bu prinsiplərin ziddi baş verməkdədir. Belə ki, İsveç polisinin zəif iştirakı qarşısında iki milyarddan çox müsəlmanın dəyərləri və hüquqlarına təcavüz, hörmətsizlik və ekstremizm faktlarıdır.
Xatırldaq ki, İsveçdə bir neçə dəfə baş verən Qurani Kərimə hörmətsizliyin ardınca İran İslam Respublikası İsveçin Tehrandakı yeni səfirini qəbul etməkdən imtina edib və Stokholma yola düşməli olan İranın İsveçdəki yeni səfirinin tapşırıq yerinə getməsi də İsveç hökumətinin bu məsələdəki yanaşmasının dəyişəcəyi zamanadək dayandırılıb.