İran İslam Respublikası xarici işlər naziryi sülh və təhlükəsizlik şöbəsinin baş direktoru İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyasıda İsrail rejimini islam dünyası üçün böyük bir təhlükə və stabilliyə maneə olan bir ünsür adlandırıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İşraq Əsədullah Cəhromi dünən (30 avqust) bu sessiyadakı çıxışında sionist rejimin Qəzəz zolağında Fələstin xalqına qarşı vəhşiliklərini pisləyərək Həmas lideri İsmail Həniyyənin terroruna görə başda İƏT olmaqla bütün beynəlxalq təşkilatların lazımi tədbir görməsini istəyib.
Cəhromi həmçinin İsrail rejiminin müharibə cinayətləri və soyqırımına son qoyulması ilə bərabər cinayətkarların cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, Avqustun 29-30-da Kamerun Respublikasının paytaxtı Yaunde şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 50-ci sessiyası keçirilib.