AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran İslam Şurası Məclisinin nümayəndələri Azərbaycanın sionist rejimə səfir təyin etməsini pisləyiblər

Qafqaz Həqiqətləri xəbər verir ki, İran İslam Şurası Məclisinin bu gün keçirilən açıq iclasında Azərbaycan Respublikasının işğalçı sionist rejimə səfir təyin etməsinin pislənməsi ilə bağlı 210 nümayəndənin birlikdə bəyanatı oxunub.

Bu bəyanatda deyilir:

“Azərbaycan Respublikası hökuməti İslam dünyasının mənafeyinə zidd hərəkət edərək, sionist rejimin mərkəzində və işğal edilmiş Qüdsdə səfirlik açdı və öz səfirini saxta rejimə təqdim etdi.

Azərbaycan Respublikası hökumətinin bu hərəkətinin onlara qarşı çoxlu mənfi siyasi nəticələri olacaq və dünya müsəlmanları onları məzlum fələstinlilərin qətli və cinayətində sionist rejimin şəriki hesab edəcəklər.

Ərəb və İslam hökumətlərindən eləcə də İslam dünyasından, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və dünyanın azadlıqsevər nümayəndələri bunu qınasınlar”.

Bu bəyanatın davamında deyilir:

“İran İslam Cümhuriyyətinin Xarici İşlər Nazirliyi bütün İslam ölkələrinə bəyanat göndərərkən, lazımi diplomatik tədbirləri görməlidir.

Böyük İran xalqının nümayəndələri mübarək Ramazan ayında İslam ümməti ilə birlikdə Azərbaycan Respublikası hökuməti və parlamentindən də saxta və işğalçı sionist rejim tərəfindən işgəncə və hücumlara məruz qalan, Məscidül-Əqsaya buraxılmayan məzlum Fələstin xalqına dəstək olaraq, öz münasibətlərini bildirməklərini gözləyirik”.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button