ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran İslam Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının Tehrandakı səfirliyində müzakirə edib

Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı insidentin müxtəlif aspektləri araşdırıldıqdan sonra İran İslam Respublikasının Baş prokuroru Höccət-əl-İslam vəl-müslimin Məhəmməd Cəfər Montəzeri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə əlaqə saxlayıb və bu insidentlə bağlı məsələləri müzakirə edib.
Höccət-əl-islam vəl-müslimin Məhəmməd Cəfər Möntəzeri telefon danışığında bu hücumun müxtəlif təfərrüatları və aspektlərinin ölkənin məhkəmə və siyasi hakimiyyət orqanları tərəfindən araşdırıldığını və araşdırmaların davam etdiyini bildirərək, dedi: İran İslam Respublikası hadisənin ilk anından məsələni diqqət mərkəzində saxlayaraq, onun müxtəlif aspektlərini araşdırıb. Araşdırmalar diplomatiya, əməkdaşlıq və ikitərəfli qarşılıqlı fəaliyyət yanaşması ilə addım-addım davam etdirilib.
İranın Baş prokuroru həmçinin iki dost və qonşu ölkə arasında məhkəmə əməkdaşlığının davamlılığını və qarşılıqlı fəaliyyətini vurğulayıb və ümidvar olduğunu bildirdi ki, əvvəlki kimi qarşılıqlı anlaşma, məhkəmə və siyasi əməkdaşlıq iki xalq arasında dərin bağların inkişafına səbəb olacaqdır.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev də bu telefon danışığında İran İslam Respublikasının ardıcıl diplomatik və məhkəmə səylərini yüksək qiymətləndirərək, bu əməkdaşlığın davam etdirilməsini vurğulayaraq, dedi: Son insident kimi hadisələrin iki dost və qonşu dövlət arasında əməkdaşlıq və ikitərəfli qarşılıqlı fəaliyyət imkanlarının itirilməsinə yol verilməməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button