ArxivIslamŞəkil​SONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran İncəsənət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb

Bakıda Tehran İncəsənət Universiteti ilə Azərbaycan Respublikasının Milli Konservatoriyası arasında əməkdaşlıq sənədi onlayn imzalanıb.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri cənab Purmərcan, İncəsənət Universitetinin rektoru doktor Hasnayinin iştirakı ilə imzalanan bu sənəd İran və Azərbaycan Respublikası arasında mədəniyyət və incəsənət müştərəkliklərinə toxunaraq, qonşuluq münasibətlərinin dərinləşməsinə kömək edəcəkdir.

Azərbaycan Respublikası Milli Konservatoriyasının rektoru professor Siyavuş Kərimi deyib: İran və Azərbaycan Respublikasının mədəniyyəti çox yaxındır və çoxlu araşdırmalara ehtiyac var və əminəm ki, bu müqavilə mədəniyyət və musiqi sahəsində böyük nailiyyətlər əldə olunmasına kömək edəcək”.

“Azərbaycan Milli Konservatoriyasının rəhbəri kimi mən bu müqaviləni bağlamaqdan çox məmnunam və əminəm ki, bu cür müqavilələr gələcəkdə iki ölkə və xalq arasında əlaqələrin artmasına və yüksəlməsinə kömək edəcək”.

Bu sənəd professor-müəllim heyətinin və tədqiqatçıların mübadiləsi, təhsil imkanları, birgə elmi və tədqiqat sərgiləri, tələbə mübadiləsi, jurnal və resursların mübadiləsi, professor və tədqiqatçıların qarşılıqlı səfərləri kimi mövzuları əhatə edən 11 bənddən ibarətdir. Sənəd İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədrinin  iştirakı ilə onlayn imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button