ArxivXəbər lentiXəbərlər

İhud Barak Bakıdan rüşvət almaqda ittiham olunur

Azərbaycan Respublikasının ANS telekanalı sionist rejimin baş prokurorluğu tərəfindən Bakının bu rejimin keçmiş baş naziri və müharibə naziri İhud Baraka iri məbləğdə pul ödəməsi barədə təhqiqatın başlanmasından xəbər verib.

Azərbaycan Respublikasının ANS telekanalının internet portalının məlumatına görə, İhud Baraka qarşı açılmış maliyyə pozğunluğu işinə əsasən, Azərbaycan Respublikasının böyük şirkətlərindən birinin ona yüz minlərlə dollar ödəməsi məsələsi araşdırılır.

Haarets qəzetinin məlumatına görə, sionist rejimin baş prokuroru Yequda Vaynşteyn İhud Barak ilə Azərbaycan Respublikasının böyük şirkətlərindən biri arasındakı şübhəli pul sövdələşməsi məsələsinin araşdırılması üçün ondan bu şirkətlə bağlı öz elektron məktublarının bir nüsxəsini müstəntiqlərə təhvil verməsini istəyib.

Sionist rejimin keçmiş baş naziri və müharibə naziri barədəki bu təhqiqat Bakı tərəfindən ona yüz minlərlə dolların ödənilməsinin ifşasından sonra başlanıbdır, amma belə bir ehtimal da araşdırılır ki, Bakı bu məbləği bir rüşvət kimi İhud Baraka ödəyibdir.

İhud Barak 2013-cü il mayında Bakıda Cənubi Qafqaz üzrə ilk iclasda iştirak edib və ötən ildə Azərbaycan Respublikasında dırnaqarası diaspora işləri üzrə dövlət komitəsi, Nizami Gəncəvi adına beynəlxalq mərkəz, eləcə də “Madrid klubu” adlı avropalı qeyri-hökumət təşkilatının maliyyə köməyi ilə “müştərək cəmiyyətlərin ümudünya assambleyasının ikinci iclasında iştirak üçün Bakıya səfər etdi.

İhud Barak habelə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına beynəlxalq mərkəzinə üzv seçildi.

ANS telekanalı əlavə edib: İhud Barak sionist rejimin ilk məsul şəxsi deyildir ki, Azərbaycan Respublikası ilə şübhəli korrupsiya əlaqələri ilə bağlı ittiham olunur. Bundan öncə sionist rejimin keçmiş müharibə naziri və Avoda partiyasının sabiq lideri Benyamin Ben Eliazer də Azərbaycan Respublikasına silah satışı gedişində rüşvətxorluqda ittiham edilmişdi. Ben Eliazerə qarşı dövlət səviyyəsində ittihamnamə irəli sürülüb və o, bir çox korrupsiya halında ittiham olunubdur. O sıradan sionist milyarder Avraam Nanikashvili ilə maliyyə əlaqələrində, eləcə də Shemen neft şirkətinin maraqları üçün lobbi düzəltmək məqsədilə çirkli pulyumada iştirakda, həmçinin vergilərdən qaçmaqda ittiham edilibdir.

Sionist müstəntiqlər 79 yaşlı keçmiş müharibə nazirini onda ittiham ediblər ki, o, bu vəzifəni əldə edərkən çirkli pulyumada iştirak edib və rüşvət almaqla Azərbaycan Respublikası, Gürcüstan və digər ölkələrə silah verilməsinə icazə veribdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button