ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran Gürcüstanda israilli iş adamlarına qarşı sui-qəsdlə bağlı iddialara münasibət bildirib

İran XİN Gürcüstanda israilli iş adamlarına qarşı sui-qəsdlərin həyata keçirilməsində rolu olmasına dair xəbərlərə münasibət bildirib.
 bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sözügedən iddialarla bağlı açıqlama verib.
“Gürcüstan mətbuatında İran-Gürcüstan ikili vətəndaşlığı olan şəxsin sionist rejim vətəndaşının qətlində rolu ilə bağlı dərc olunan xəbər sionist terrorçu rejimin iki dost və qonşu ölkə arasında münasibətləri kəsmək məqsədilə yayımlanır”, deyə Kənani bildirib.
İran rəsmisi sözlərini belə davam etdirib:
“Sionist irqçi rejimin terror və təxribat xarakterli aktları planlaşdırması və həyata keçirilməsində uzun tarixə malik olmasını, eləcə də regionda İrana qarşı nifrətin yayılmasındakı rolunu nəzərə alaraq, Gürcüstan hakimiyyətinin bu məsələni dəqiqlik və sayıqlıqla nəzarətə götürmələrini istəyirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button