ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Ermənistan-Azərbaycan ixtilaflarının regiondan verilən təşəbbüslər əsasında həllini istəyib

İran ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri fonunda Ermənistanla Azərbaycanın ixtilaflarının regiondan verilən təşəbbüslər çərçivəsində həllini istəyib.
Qafqaz.ir İSNA-a istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani fikir bildirib.
O, bu gün keçirilən mətbuat konfransında ölkəsinin Ermənistanla Azərbaycan arasında qarşıdurmanın dayandırılması və münaqişənin dinc yolla həlli üçün səylərini əsirgəmədiyini deyib.
İran rəsmisi həmçinin bildirib ki, iki ölkə arasında olan ixtilaflar siyasi iradə tələb edir və regional təşəbbüslər çərçivəsində həll olunmalıdır.
“İran qonşuluq siyasətinin prinsiplərinə əsasən hər iki tərəflə dostluq münasibətlərinə malikdir, gərginliyin və ixtilafların aradan qaldırılmasına kömək etməyə hazırdır”, deyə Kənani əlavə edib.
Qeyd edək ki, İran tərəfi bu açıqlamaları ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri fonunda bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button