ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran daha bir nüvə obyektində uranın 60 faizlik zənginləşdirilməsi işinə başlayıb

İran Beynəlxalq Atom Agentliyinin Rəhbərlər Şurasının son qərarı, habelə Qərb dövlətlərinin addımlarından sonra Fordo nüvə obyektində də uranın 60 faizlik zənginləşdirilməsi işini yeni nəsil sentrifuqa cihazları ilə başladıb.
İranın, BAEA Rəhbərlər Şurasının son qətnaməsinə cavab olaraq nüvə fəaliyyətini genişləndirməsi planının detalları açıqlanıb.
Məlumata görə Nətənzdən sonra Fordo nüvə təsisatında da uranın 60 faiz dərəcəsində zənginləşdirilməsi işlərinə start verilib.
Əlavə edilib həmçinin burada köhnə sentrifuqa cihazları çıxarılıb və işi sürətləndirən yeni nəsil İR-6 sentrifuqa cihazları qurşadırılıb.
Qeyd edək ki, bundan öncə  Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurası “İranda nüvə obyekti kimi elan edilməmiş üç yerdə uran qalıqlarının aşkarlanmasına” dair rəsmi Tehranın əleyhinə qətnamə çıxarıb.
İran XİN bu qətnamə və iddiaları rədd edib. İran nüvə sazişinin bərpası üçün bu məsələnin bağlanmasını tələb edir. Rəsmi Tehran bildirir ki, nüvə sazişinin bərpası danışıqları fonunda belə bir iddialar İsrailin və ABŞ-ın əsasssız iddiaları və təhriki ilə həyata keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button