ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran, Çin və Rusiyanın birgə hərbi missiyaları yerinə yetirmək imkanlarının artırılması

Qafqaz Həqiqətləri xəbər verir ki, Çinin Müdafiə Nazirliyi İran, Çin və Rusiya arasında bu yaxınlarda keçirilən dəniz təliminin üç ölkənin birgə hərbi missiyaları yerinə yetirmək imkanlarının artırdığını açıqlayıb.

Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kafi həmçinin Rusiya, Çin və İranın birgə hərbi dəniz təliminin dəniz təhlükəsizliyinə, regional sülh və sabitliyə nail olunmasına müsbət töhfə verdiyini bildirib.

O, daha sonra əlavə edib ki, Çin ordusu təhlükəsizliyi qorumaq, qlobal təhlükəsizlik planlarını həyata keçirmək, beynəlxalq ədaləti qorumaq və strateji kommunikasiyaları gücləndirmək üçün Rusiya ordusu ilə əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, İranın Çin və Rusiya ilə birgə hərbi dəniz manevri Hind okeanının şimalında martın 15-dən beş gün ərzində keçirilib. Orada Çin, Rusiya, İran dəniz qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun üzən və uçan bölmələri iştirak edirdi.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button