ArxivXəbər lentiXəbərlər

Gürcüstanın dini təqvimində islam bayramları da qeyd olunub

Gürcüstanda ölkənin dini təqvimində islam bayramları və önəmli günlər qeyd olunub

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin sədri Hacı Ramin İgidov SalamNews-a açıqlamasında bildirib ki, bu il, ilk olaraq Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən dərc olunmuş təqvimdə digər dinlərin bayramları ilə bir yerdə İslam dininin müqəddəs günləri də yer alıb. Qurban və Ramazan kimi böyük bayramlarla yanaşı Peyğəmbərin mövludu (s), İmam Əli (ə) və Xanım Zəhranın təvəllüd günləri, Məbəs və Qədir-xum bayramları, Aşura və qəndil gecələri ( Rəbiüləvvəl ayının 12-ci gecəsi Mövlud, Rəcəb ayının ilk cümə gecəsi olan Rəqaib və yenə bu ayın 27-ci gecəsi olan Mirac, Şaban ayının 15-ci gecəsi Bəraət və Ramazan ayının 27-ci gecəsi olan Qədr gecələridir) qeyd olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button