ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran baş qərargah rəisi Rusiya ilə əməkdaşlıqdan danışdı”Tehran Rusiyadan hərbi qırıcılar və vertolyot alacaq”

 general-leytenant Məhəmməd Baqiri Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovla danışıqların sonunda IRIB-ə verdiyi müsahibədə deyb: “Önümüzdəki üç ayda Tehranda iki ölkə arasında təlim, əməliyyat fəaliyyəti və kəşfiyyat sahəsində əməkdaşlığın müxtəlif aspektlərini araşdıracaq İran və Rusiya birgə hərbi komissiyasının iclası keçiriləcək”.

İran-Rusiya əməkdaşlığının son illərdəki inkişafından danışan Məhəmməd Baqiri bunları söyləyib: ”Hərbi və müdafiə əlaqələri son illərdə əhəmiyyətli dərəcədə genişlənib və ümid edirik ki, bu əməkdaşlıq yolu davam edəcək”.

O, həmçinin terrorla mübarizədə Tehran və Moskvanın əzmkarlığını vurğulayıb.

İki ölkə arasında komandanlıq və siyasi səviyyədəki əməkdaşlığa toxunan Baqiri söhbətinin davamında İslam İnqilabının Aliməqamlı Rəhbəri və İran İslam Respublikası prezidentinin Rusiya ilə əlaqələrin inkişafına xüsusi yer verdiyini qeyd edib.

Bundan əlavə, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi bildirib ki, Tehran Rusiya qırıcıları və vertolyotlarının alınması dair rəsmi Moskva ilə danışıqlar aparır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button