Xəbərlər

Taleh Bağırova cəza verilməyinin səbəbi bilindi

Bakı İstintaq Təcridxanasında saxlanan ilahiyyatçı Taleh Bağırovun avqustun 23-də cərimə təcridxanasına salınmasının səbəbi bilinib.

Vəkil Cavad Cavadlı “Media forum” saytına bildirib ki, avqustun 26-da Bakı İstintaq Təcridxanasında Taleh Bağırovla görüşüb: “Təcridxananın rəisi Azər Seyidovun göstərişi ilə Taleh Bağırovu üç günlüyə cərimə təcridxanasına salıblar. Səbəb isə Taleh bəyin “İslamazeri.az” saytına göndərdiyi və saytda “Oyanış Hərəkatını hərtərəfli şəkildə dəstəkləyən sizlərsiniz” başlığı ilə dərc olunan məktubudur”.
Vəkilin sözlərinə görə, Taleh Bağırov yolundan dönməyəcəyini bildirib və Azər Seyidova da deyib ki, “zindandan o tərəfə ölümdür və bunu gözümə almışam, bunu başa düşsünlər, bizim tələblərimiz var, onlar yerinə yetirilməlidir”.
Taleh Bağırov mənimlə görüşdə yüksək əhval-ruhiyyədə idi və hamıya çatdırmağı xahiş etdi ki, yüksək ovqatda olsunlar, Allah bizimlədir!”
Taleh Bağırov martın 31-də tutulub. O, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.
“Oyanış Hərəkatını hərtərəfli şəkildə dəstəkləyən sizlərsiniz” məktubunda Taleh Bağırov hakimiyyətin ünvanına sərt fikirlər səsləndirib, onu müsəlmanlara qarşı siyasət yürütməkdə günahlandırıb.

islaminsesi.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button