ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

İran İslam Respublikası Azərbaycan və Ermənistan sərhədində son günlər erməni tərəfinin növbəti təxribatları ilə bağlı narahatlığını ifadə edib.

Qafqaz.ir-nin məlumatına əsasən, ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə baş verən təxribatlar fonunda Cənubi Qafqazda ən qısa müddətdə davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıb.

Dövlət rəsmisi həmçinin sərhəddə insanların həlak olması ilə bağlı məyus olduğunu deyib və tərəfləri təmkinli olmağa və sərhəd mübahisələrini dinc yolla həll etməyə çağırıb.

S. Xətibzadə İranın davamlı sülhə nail olmaq üçün lazım olan hər bir yardımı təklif etməyə hazır olduğunu sözlərinə əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button