ArxivXəbər lentiXəbərlər

Türkiyə Rusiya ilə ticarət həcmini 100 milyard dollara çatdıracaq

Türkiyə və Rusiya 2019-2020-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalayıblar. FaktXəbər bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə təşkil edilən mətbuat konfransında danışıb.
Mövlud Çavuşoğlu Birgə Strateji Planlama Qrupunun yeddinci iclası ilə bağlı deyib ki, ölkəsi Rusiya ilə ticarət həcmini 100 milyard dollara çatdırmaq niyyətindədir: “Ankara Türkiyə-Rusiya arasındakı əlaqələrin hər keçən gün inkişaf etməsindən məmnundur. İki ölkə arasında əlaqələr iqtisadiyyatdan mədəniyyətə qədər bütün sahələrdə inkişaf edir. Tərəflər ən mühüm layihələri birgə həyata keçirirlər. Türkiyə, Rusiya ilə ticarət həcmini 100 milyard dollara çatdırmağı planlaşdırır. 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 14% artdıqca, bu, hədəfimizə yaxınlaşdığımızın göstəricisidir”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button