ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İran ABŞ-ın cavabına rəsmi mövqe bildirdi

Xatırladaq ki, avqustun 4-8-də İrana qarşı təzyiq və qeyri-qanuni sanksiyaların ləğvi ilə bağlı Vyanada keçirilən danışıqların yeni raundunda Avropa İttifaqının koordinatoru Enrike Mora tərəfindən bir neçə təklif irəli sürülüb.

Avqustun 15-də İran İslam Respublikası Avropanın təklif etdiyi, nüvə sazişinin tam icrasının bərpası yolunun göstərildiyi mətnə ​​yazılı cavabını təqdim edib və bildirib ki, Birləşmuiş Ştatların cavabı realist və konstruktiv olarsa, razılaşma əldə olunacaq.

Bir həftədən çox keçəndən sonra, avqustun 24-də ABŞ öz rəyini Avropa Birliyinə təqdim edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Amerikanın cavabını aldıqdan sonra İran İslam Respublikasının ekspert qrupu onu qiymətləndirməyə başladı və cavabı diqqətlə araşdırdı və nəhayət Tehranın rəsmi cavabı Aİ koordinatoru Enrike Moraya təhvil verildi.

Kanani daha sonra qeyd edib ki, Vyana danışıqlarında iştirak edən ölkələrin əksəriyyəti İrana qarşı təzyiqçi və qeyri-qanuni sanksiyaların aradan qaldırılmasına diqqət yetirərək danışıqların daha tez yekunlaşmasını istəyirlər, lakin yekun razılığın əldə olunması ABŞ-ın bəzi vacib qalan məsələlərlə bağlı siyasi qərarlarını gözləyir.

İran İslam Respublikası məsuliyyətli ölkə kimi dəfələrlə bəyan edib ki, ABŞ-ın nüvə sazişini pozan pozan tərəf olduğunu nəzərə alaraq, sanksiyaları ləğv etməklə razılaşmaya qayıtmalı olan Vaşinqtondur və Amerikanın öhdəliklərinin icrasını yoxlamaq lazımdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button