ArxivXəbər lentiXəbərlər

İrəvan qarışdı: həbs olunanlar var –FOTO

Ermənistanda dekabrın 6-da baş tutan referendumun nəticələrinə etiraz əlaməti olaraq paytaxt İrəvanda aksiyalar keçirilir.

Qafqaz.ir xarici mediaya istinadən xəbər verir ki, polis nümayişi dağıtmaq üçün güc tətbiq etməyə məcbur olub. Bu zaman etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

İnsident zamanı bir neçə fəal saxlanılıb.

Günorta saatlarında Ermənistan insan hüquqlarını müdafiə təşkilatları da Ermənistan Milli Konqresinin təşkilatçılığı ilə Azadlıq meydanından Mərkəzi Seçkilər Komitəsinə yürüş təşkil ediblər. Onlar referendum zamanı insan hüquqlarının kobud şəkildə pozulduğunu bildiriblər. Etirazçılar arasında “İrs” partiyasının sədri Raffi Ovanisyan da olub. Yürüş iştirakçıları referendumun nəticələrinin ləğv edilməsini təlbə ediblər.

– See more at: http://teleqraf.com/news/79712#sthash.Kbd2IpeC.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button