Aktual

Rusiya oyun oynayır?

Azərbaycan tərəfinin məlum mövqeyi əlbəttə sual doğurmaya bilməz .

Sentyabrın 12-də BMT Təhlükəsizlik Şurasında keçirilən toplantıda Rusiyanın terrorla bağlı təkliflərinin bloklaşdırılması məsələsində də Azərbaycanın səsvermədə iştirakı barədə mətbuatda xəbərlər yayldı.

Rusiya tərəfinin iddiasına görə iki nəfər fiziki şəxs – finlandıyalı Mikael Sturşedən və İsa Cəbrayılov, eləcə də Türkiyənin “İmkander” təşkilatı Əl Qaidə ilə əməkadşlıq edərək Rusiyaya qarşı terror aktlarında iştirak edib, adı çəkilən iki fizi şəxs Avropada gizlənir.

Rəsmi Moskvanın tələbi ona qarşı terrorda iştirak edən cinayətkarlara qarşı sanksiyaların tətbiq edilməsi olub. Ancaq Rusiya tərəfinin təkliflərinə qarşı səsvermədə iştirak edənlər arasında Azərbaycan da olub ki, bu da yerli mətbuatın qənaətinə görə rəsmi Moskvanın Azərbaycana qarşı qəzəb nümayiş etdirəcəyinə səbəb ola biləcəyi kimi izah edir.

Əslində Çeçen müharibəsi illərində Azərbaycan üzərində Türkiyə terrorçulara az dəstək verməyib, o zamanlar Türkiyədə də, Azərbaycanda da ayrı hakimiyyətlər idi, doğrudur, indi Türkiyədə çeçen mücahidlərinə hələ də dəstək verən təşkilatlar az deyil, onlar əsasən Qətər və Səudiyyə Ərəbistanın maliyyə dəstəyi ilə Şimali Qafqazdakı terrorçulara dəstək verir, ancaq son 10 ildə Azərbaycan tərəfindən Şimali Qafqaz terrorçularına verilən dəstək xeyli səngiyib.

Bunun da əsas səbəbi prezident İlham Əliyevlə rəsmi Moskava arasında xoş münasibətin formalaşmasıdır. Yəqin hələ unutmamısınız ki, bir ay əvvəl Rusiya prezidenti Putin Bakıya gələrək İlham Əliyevlə görüşdü və Azərbaycan prezidentinə seçki ərəfəsində böyük dəstək verdi. Bu səfərdən sonra BMT toplanıtısında Azərbaycan tərəfinin məlum mövqeyi əlbəttə sual doğurmaya bilməz. Ancaq, yerli ekspertlər məsələni elə olduğu kimi də qəbul edib şərh verirlər ki, səsvermədəki antirusiya mövqeyinə görə rəsmi Moskva Azərbaycanı gələcəkdə cəzalandıracaq. Məncə bizim ekspertlərimiz yanılır, hər şey bu qədər göründüyü kimi deyil.

Çünki, Azərbaycan siyasətində, xüsusilə xarici siyasətdə heç bir diplomat İlham Əliyevin müəyyən etdiyi çərçivədən kənara çıxa bilməz, prezident isə Putinlə dost, Rusiya ilə tərəfdaşlıq tərəfdarıdır. Belə çıxır ki, bu sadəcə olaraq elə Rusiyanın öz məqsədləri üçün nümayiş etdirilən mövqe olub. Rusiyaya bu sanksiyaların tətbiq olunmaması ona görə lazımdır ki, gələcəkdə rəsmi Moskva üçün daha önəmli olan məsələlərdə, sanksiyalarda eyni etirazı özü göstərsin, onu da unutmaq lazım deyil ki, bu toplantıda Rusiyanın təklif etdiyi sanksiya Kreml üçün o qədər də aktual sayılmır.

islam times

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button