Aktual

“Çöhrəqanlı” mesajının batini

Mahmudəli Çöhrəqanlı uzun illərdir İslam Respublikasına qarşı cürəbəcürə saxta ittihamlarla, qarayaxmalarla, şərlə, böhtanla “mübarizə” aparır .

Uzun zaman idi ki, mətbuatda GAMOH-nın lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər edəcəyi ilə bağlı müzakirələr gedirdi, ABŞ-da yaşayan fitnəkar mühacir isə söz vermişdi ki, Bakıya gələcək, avqustun 15-də Bakıya gələrkən isə hava limanında saxlanılıaraq gəldiyi təyyarə ilə geri qaytarılıb. 

Çöhrəqanlının səfəri baş tutmadı. Oxucularımız yaxşı bilir ki, Mahmudəli Çöhrəqanlı uzun illərdir İslam Respublikasına qarşı cürəbəcürə saxta ittihamlarla, qarayaxmalarla, şərlə, böhtanla “mübarizə” aparır, onun fəaliyyəti üzündən Azərbaycan hakimiyyəti mehriban qonşusu, əziz qardaşı İrandakı hakimiyyətin yanında üzü qara qalırdı.
Sözün açığı bu məsələ də Azərbaycan hakimiyyətinin də günahı az deyil, çünki Çöhrəqanlıya elə əliyev rejimi az dəstək vermir, əvvəl lap çox verirdi, indi isə əvvəlkindən az verir, ən çox da maddi yardımlardır.
Əgər əvvəllər birbaşa külli miqdarda dolları onun xaricdəki hesablarına yatırırdısa, indi Sabir Rüstəmxanlının vasitəçiliyi ilə bir qədər az məbləğləri Çöhrəqanlı ala bilir. Çöhrəqanlı nə üçün Azərbaycana buraxılmadı?
Rəsmi məlumatlara görə onun səndləri qaydasında deyildi, Mahmudəli əvvəl ABŞ-da viza almağa cəhd edib, verilmədikdən sonra Azərbaycana gəlib vizanı hava limanında almaq istəyib və bu dəfə də buna nail olmadığı üçün gəldiyi təyyarə ilə geri qaytarılıb. Ancaq mənə elə gəlir ki, hakimiyyət istəsəydi Çöhrəqanlını Bakıya buraxardı, istəməməsinin səbəbi nə ola bilər? Bəlkə Azərbaycan hakimiyyəti İrana xoş bir mesaj vermək üçün fitnəkar mühaciri ölkəyə buraxmadı?
Sözsüz ki, əliyev rejimi İran tərəfinə məsələni elə bu cür də təqdim edəcək, ancaq bu işin zahiridir, batildə vəziyyət ayrıdır. İş burasındadır ki, Mahmudəli Çöhrəqanlı son zamanlar təkcə İran əleyhinə deyil, həm də Azərbaycan hakimiyyətinə qarşı çıxış edir, Azərbaycanda demokratiyanın olmamasından, insan haqlarının pozulmasından danışır bu da əliyev rejiminin o qədər də xoşuna gəlməyib və əvvəlki kimi bu mühacirə dəstək vermir, bu dəstəyin kəsilməsi də deyil sadəcə olaraq əvvəlki kimi xoş deyil.
Bəzi ekspertlərin fikrincə Azərbaycan hakimiyyəti seçkiqabağı ölkədə vəziyyətin gərginləşməməsi üçün Çöhrəqanlını Bakıya buraxmayb. Mən bu fikirlə qəti razı deyiləm, ona görə ki, Mahmudəli Çöhrəqanlı indiki halda Bakıya gəlməklə vəziyyətə heç bir təsir göstərə bilməz, məgər bu adam Bakıda milyonlarla insanı ardıca apara bilərmi?
Xeyir, ölkədə vəziyyət İlham Əliyevin tam nəzarəti altındadır, sözsüz ki, bu vəziyyəti dəyişməyi bacaran xarici qüvvələr var, ancaq o Mahmudəli Çöhrəqanlı deyil və ola bilər bir müddət sonra Bakıya gəldiyindən onu ölkəyə buraxsınlar, ancaq hələlik hakimiyyətin dərdi İrana xoş mesaj verməkdir.

islamtimes.org/az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button