ArxivXəbər lentiXəbərlər

Azərbaycan küçə və prospektlərində əzadarlığın qadağasına etiraz

Azərbaycan Respublikasında bir ruhani bu ölkə küçələrində əzadarlıq bayraqlarının yığışdırılması və onun qadağan olunmasına etiraz edib.

Qafqaz.ir  Faktxəbər saytına istinadla verdiyi məlumata görə, Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının açıqlamasına reaksiyada deyib: Heç kim islam dininin müqəddəs bayrağı ilə mübarizə apara bilməz.

Mübariz Qurbanlı ötən həftə Trend İnformasiya Agentliyi ilə eksklüziv müsahibədə bildirib ki, əzadarlıq mərasimində istənilən bayrağın dalğalanmasını qəbul etmirik. Küçə və prospektlərdə əzadarlıq mərasimlərinin keçirilməsi qadağandır və dini mərasimlər məscidin içində və həyətində keçirilməlidir. Küçələrdə mərasim keçirmək istəyən hər bir şəxs əlaqədar orqanlardan lazımi icazəni almalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button