İslam İnqilabının Ali Məqamlı Rəhbəri Müqəddəs Müdafiə Həftəsi münasibəti ilə müraciətində vurğulayıblar: “Şəhidlərin xatirəsini yad etmək İran xalqının hərəkət yolunun sağlamlığına və İnqilabın istiqamətlərindən yayınmamasına zəmanət verir”.
Həzrət Ayətullahül-üzma Xameneinin müraciəti Müqəddəs Müdafiə Həftəsi və şəhidlərin məzarlarının tozunun alınması ilə eyni zamanda Vəliyyi-Fəqihin Şəhidlər və Fədakarların İşləri Fondunundakı nümayəndəsi Höccətül-İslam Musəvi Müqəddəm tərəfindən Tehranın “Behişti-Zəhra”sının “Şəhidlər Gülzarı”nda qiraət olunub.
Müraciətdə deyilir: “Müqəddəs Müdafiə Həftəsi” uca məqamlı şəhidlərin xatirəsinin anılması ilə ölkə mühitini nurlandırmaq üçün qiymətli bir fürsətdir. Bu əziz xatirə, İran xalqının irəlilədiyi yolun sağlamlığının və onun İnqilabın istiqamətlərindən yayınmamasının qarantıdır və bunun dəyərini bilmək lazımdır”.
“Həyatda qəflətləri və gündəlik məşğuliyyətləri həmişə bizimlədir və bu təbii fəsadların bizi o nuraniyyət və paklıq mənbəyindən uzaqlaşdırmasına imkan verməməliyik. Hər şeyi bilən və güclü Allahın köməyinə ümidlə”, – deyə O, Həzrət əlavə ediblər.