AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İnqilab Rəhbəri pak Rəzəvi hərəmində Novruz çıxışı edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei çərşənbə axşamı günü, 1402-ci günəş ili fərvərdin ayının birində, başqa sözlə, martın iyirmi birində yeni ilin gəlməsi münasibətilə Saminülhöcəc- Həzrət Əli ibn Musa Əl-Rza ələyhissəlamın pak hərəmində çıxış edəcəklər.

Rəzəvi hərəminin xeyli sayda zəvvarı və aşiqinin iştirakı ilə  keçiriləcək bu tədbir Bakı vaxtı ilə saat on beş-otuz dəqiqədə başlanacaq və saat on altı-otuz dəqiqədə İnqilab Rəhbəri novruz çıxışı edəcəklər.

Tədbir İran İslam Respublikasının televiziya və radio kanalları və mediaları, həmçinin KHAMENEI.IR saytı vasitəsilə canlı şəkildə yayılacaq.

İslam İnqilabının Böyük Rəhbəri ötən üç ildəki novruz günlərində korona xəstəliyinin yayılmasının qarşısının alınması üzrə səhiyyə tövsiyələrinə görə, müqəddəs Məşhəd şəhərinə səfər etməmiş və televiziya vasitəsilə canlı surətdə İran xalqı ilə söhbət etmişdilər.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button