ArxivXəbər lentiXəbərlər

İran Rusiyanın Ankaradakı səfirinə qarşı terroru pisləyib

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanın Türkiyədəki səfirinin terror edilməsini kəskin şəkildə pisləyib.

İİR XİN-in rəsmi portalının verdiyi məlumata görə, XİN-in sözçüsü Bəhram Qasimi Rusiya xalqı və dövləti eləcə də terror edilən yüksək səviyyəli diplomatın ailəsi ilə həmdərdliyini bildirərək bu çirkin hərəkətin vəhşilik olduğunu qeyd edib və deyib: Bu cinayətkar əməl ifratçı və təkfirçi cərəyanların tabeliyində olan terrorçuların beynəlxalq hüquqa və heç bir normaya inanmadıqlarını, ölkələr arasında ixtilaf salmaq , regionda sabitlik və əmn-amanlığı daha da pozmaq məqsədi ilə bu kimi vəhşi hərəkətlərə əl atdıqlarını göstərir.

İranın XİN sözçüsü müasir dövrün bu nəhs və nifrət doğuran fenomeni olan terrorizmin müalicəsinin yeganə yolunun, dünyanın bütün ölkələri və xalqlarının vəhdət və həmrəyliklə terrorizmi yaxşı və pisə bölmədən, terrorizm və ifratçılığa qarşı ikili standartlar tətbiq etmədən terrorizmə qarşı amansız mübarizə olduğunu bildirərək deyib: İran İslam Respublikası bu nəhs fenomenin kökündən tam kəsilməsinədək region və dünya dövlətləri və xalqlarının kənarında duracaqdır.

Rusiyanın Türkiyədəki səfiri, dünən gün ortadan sonra Ankarada bir foto sərgiyə baxış keçirərkən, silahlı bir şəxs tərəfindən odlu silahla qətlə yetirilib.

Rusiyanın səfirindən əlavə başqa 3 nəfər də bu hadisədə yaralanıb.

Ankarada Rusiyanın səfirinə qarşı sui-qəsdin ardınca Rusiya prezidenti Vladimir Putin bu ölkənin XİN başçısı Sergey Lavrov və təhlükəsizlik rəsmiləri ilə iclas keçirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button