ArxivXəbər lentiXəbərlər

Qarabağ münaqişəsinin həlli vurğulanıb

ATƏT-in Minsk qrupunun həmsədri Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həllini vurğulayıb.

APA-nın məlumatına görə, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib: Azərbaycanın ərazi bütövlüyünün qorunmasını nəzərə alaraq Qarabağ münaqişəsinin həlli vacibdir.

Hoqland bildirib: Qarabağ münaqişəsinin həlli Azərbaycanın müstəqilliyini nəzərə almadan qeyri-mümkündür.

Hoqland Qarabağ münaqişəsinin həlli şərtlərindən birini didərginlərin qayıtması, vətəndaşlıq hüququnun rəsmən tanınması və onların təhlükəsizliyinə zəmanətin verilməsi adlandırıb.

Riçard Hoqlandın Minsk qrupunun amerikalı həmsədri kimi vəzifəsi sona çatıb və gələn həftədən Andryu Şofer bu qrupun amerikalı həmsədri olacaq.

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi toqquşmaya çevrilib.

Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonu erməni silahlı birləşmələri tərəfindən işğal olunub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button