ArxivIslammədəniyyatQarabağŞəkil​SONXƏBƏRLƏRXəbər lentiXəbərlər

9 May Qələbə Günü Şuşada qeyd olunub – FOTO

Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub.

qafqaz.ir az.shafaqna.com-a istinadən xəbər verir ki, Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib.

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat verilib.

Hərbi orkestr müharibə illərinin mahnı və hərbi marşlarını ifa edib.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button