ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

İslam İnqilabının banisi İmam Ruhullah Musəvi Xomeyninin vəfatından 33 il keçir

 İran İslam İnqilabının banisi 1902-ci ildə dünyaya gəlib və 1989-cu ildə vəfat edib.

İnqilabı ilə dünyada misilsiz siyasi zəlzələ yaradan bu arif və fəqih ömrünün 15 ilini İraq, Türkiyə və Fransada sürgündə keçirib.

İmam Xomeyni İraqda sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin mahiyyətini və Amerikanın İrandakı istismarçı siyasətini ifşa edib, intensiv çağırışlar edərək, İslam İnqilabının zəfər çalmasına şərait yaradıb.

Nəhayət, mübarizənin yüksəlişi və İmam Xomeyninin Fransaya hicrət etməsi, sonradan isə İrana qayıdışı İslam İnqilabının 1979-da zəfər çalması ilə nəticələndi. 

Həmin zaman dünyada iki qüdrət şərqin kommunizmi və qərbin kapitalizmi ölkələri ələ aldığı zamanda üçüncü bir qüdrətin meydana çıxması hamını heyrətləndirmişdi. Çünki o zaman yalnız bu iki qütbdən birinin siyasi tərkibində olmaqla baş qaldırmaq mümkün idi. Bütün siyasi proseslərin və diaqnozların əksinə olaraq “Nə şərq, nə qərb, yalnız İslam cümhuriyyəti” şuarı altında bir iqtidar meydana gəldi. Bu inqilab dünyada imperializm və sosializmin inkişaf etdiyi bir vaxtda sözügedən qütblərə meydan oxuyan bir cərəyan formalaşdırdı.

İnqilabın ərsəyə gətirdiyi yeni ictimai və siyasi model dini mənbələrdən qaynaqlandığından böyük əksəriyyətin təəccübünə səbəb oldu. Çünki İslam dünyasında həmin vaxtadək heç bir dini xadim “müctəhidin və din aliminin hakimiyyəti” kimi model yaratmamış, buna cürət belə etməmişdi.

Bu inqilab İran daxilində 2500 illik şahlıq rejimini devirmək və ölkədə dini demokratiya modelini bərqərar etməyə çalışmaqla yanaşı, xaricdə də hegemonluğa qarşı yeni və barışmaz cəbhə yarada bildi.

İmam Xomeyni böyük siyasətçi olmaqla yanaşı həm də məşhur fəqih və arif idi. Onun vəfatı və dəfn mərasimi Ginnesin Rekordlar Kitabına düşdü. Buna səbəb dəfn mərasimində o vaxt fantastik sayda insanın iştirak etməsi idi. O zaman  İmam Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 10 milyon nəfəri iştirak etmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button