İmam Xomeyninin SSRİ liderinə məşhur məktubu gündəmə qayıtdı
Azərbaycan Respublikasında ona münasibət həmişə mənfi olub. Mətbuat yazır ki, SSRİ-nin keçmiş rəhbri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.
Qorbaçov SSRİ-ni 1985-ci ildə təhvil aldı və 1991-ci ildə onu yerə vurdu. Qorbaçovun ölümə doğru gedən imperatorluğu diriltmək üçün göstərdiyi bütün səylər nəticəsiz qaldı və o, 25 sentyabr 1991-ci ildə istefa verdi, 1 yanvar 1992-ci ildə isə SSRİ-nin sonu elan edildi.
SSRİ-nin dağılmasından 3 il əvvəl, 1989-cu ilin yanvar ayında İran İslam Respublikasının banisi İmam Xomeyni həzrətlərinin Qorbaçova məktubu yazıldı. İmam bu məktubda Qorbaçovun üzünə yeni qapı açdı, lakin Qorbaçov bundan üz döndərdi.
İmamın məktubu Allah kəlamından ilham almış bir ildırım və maarifləndirici idi.
O həzrət yazmışdı: “Cənab Qorbaçov! Bunu yaxşı bilmək lazımdır ki, ölkənizin əsas problemi mülkiyyət, iqtisadiyyat və azadlıq problemi deyil. Əsas probleminiz Allaha inamınızın olmamasıdır. Qərbi də tənəzzül və çıxmaza sürükləyən əsas məqam məhz budur. Əsas probleminiz varlığı var edən, yaradan Allahla uzun müddətli və faydasız mübarizənizdir. Cənab Qorbaçov! Artıq hamı başa düşmüşdür ki, bundan sonra kommunizmin yeri dünya siyasət muzeyidir. Çünki marksizm insanın heç bir probleminə həll tapa bilməyib. Çünki o materialist bir təlimdir və materializmlə bəşəriyyəti Qərbdə və Şərqdə pəncəsində əzən mənəvi problemlərə həll yolu tapıla bilməz.”