ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Imam Xamenei Fələstin İslami Cihad Hərəkatının Baş Katibinin məktubuna cavab verib

Bağışlayan və mehriban Allahın adı ilə.

Mücahid qardaşı cənab Ziyad əl-Nəxalə Salam.

Sizin nəzakətli və sevindirici məktubunuzu aldım. Allah sizi yaxşı mükafatlandırsın, başı uca və məzlum Fələstin xalqının son qələbəsini tezləşdirsin.

Son hadisə Fələstin İslami Cihad hərəkatının şərəfini ikiqat artırdı, İslami Cihadın mövqeyini Fələstin xalqının şanlı müqavimət hərəkatında yüksəltdi. Siz öz cəsur müqavimətinizlə qəsbkar rejimin məkrli siyasətinin qarşısını aldınız. Siz sübut etdiniz ki, müqavimət kompleksinin hər bir hissəsi təkbaşına düşmənin burnunu yerə sürtə bilər. Siz Qəzza və Qərbi şəriyədə cihadı bir-birinə bağlamaqla, digər müqavimət qüvvələri isə İslami Cihad hərəkatına dəstək olmaqla Fələstin xalqının cihadda birliyini şər və hiyləgər düşmənə göstərə bildiniz. Fələstin torpağındakı fələstinli qrupların bütün səyləri bu birliyi qorumaq üçün olmalıdır. Qəsbkar düşmən zəifləyir, Fələstin müqaviməti isə güclənir. Allahdan başqa heç bir qüvvə yoxdur. Biz hələ də sizinləyik.

Qeyd edək ki, Ziyad əl-Nəxalə Ali Rəhbərə məktubunda fələstinli mücahidlərin, xüsusilə “İslami Cihad” hərəkatı və “Saraya əl-Qudsun” hərbi qolunun bütün Fələstində, xüsusilə Qəzza və İordan çayının qərb sahilində geniş şəkildə fəaliyyətindən danışmışdı. O həmçinin Qəzzadakı vəziyyəti izah edərək bu bölgənin işğalçı rejimə qarşı güclü mövqedə olduğunu bildrimişdi. Son 3 günlük qarşıdurmanı ” Vəhda əl-Səhat” (birlik) adlandırdığını və düşmənin bütün gücü və fitnələri ilə bu ittifaqı dağıtmağa çalışdığını bildrimişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button