ArxivIslamXəbər lentiXəbərlər

Ey müasir “islam”, mən həqiqi islamam

Üstümü unlu görüb demə dəyirmançıyam, sənə təslim olan deyiləm. Əgər mənə və mənim kimilərə şəhadət şərbətini gətirmisənsə buyur gəl Bismillah!
Bir gün bir nəfər məndən soruşdu ki, müasir islam dedikdə nə başa düşülür? Qismən də olsa cavablandırdım lakin, bu yazını da yazmağı özümə borc bildim.
İslam dinə təslim olmaq mənasındadır. Bir sözlə öz istəklərini kənara qoyub, dinin istəklərinə qeyd şərtsiz əməl etmək deməkdir. Amma müasir islam xəyanətdən başqa bir şey deyil və səni axirətdən uzaqlaşdırmağda çox qərarlıdır. İslam dini şəxsiyyətlərlə formalaşmır əksinə, şəxsiyyətləri formalaşdırır. Bu gün gördüyüm İslam dini bütün məmləkətlərdə özünü göstərir lakin, hər məmləkət və hər xalqda fərqli şəkildə. Bəzən düşünürəm ki, görəsən mənim gözlərim fərqlidir yoxsa gördüklərim? Amma, onu da düşünməkdə aciz deyiləm ki, əgər fərq gözlərimdədirsə və gözlərim görməkdə qüsurludursa bəs niyə Fələstində, Suriyada, İraqda baş verən həqiqətləri və həqiqi islamı görürəm? Demək qüsur görməyimdə deyil burada gördüklərimdədir. Dünyanın bir yanında həqiqi İslam, digər yanında İslamın təhrini çıxaranlar. Bir yanda islamın başını kəsənlər bir yanda başı kəsilən islam. Digər yanda da kəsən və kəsilən islamdan danışan islam. Bir yanda zülmə və işğala məruz qalan Fələstin, Qəzza, Somali və Birmanın ac müsəlmanları və torpaqları..

Digər tərəflərdə isə ehsanlar, iftar süfrələri, qurulan tədbir və məclislər..

Qarabağdan danışmıram ona görə ki, üç tərəfi düşmən mühasirəsinə məruz qalan bir məkanda keçirtdiyim səngərli günlər yadıma düşür. İslam dini danışmaqdan daha çox əmələ üstünlük verir. Bu gün hər kəs islamdan danışır. Kimisi həqiqətdə ürək yanğısı ilə danışır, kimisi də, iftira və böhtanlar atmaqla ürəkləri yandırır, amma danışır.

Bəzi məkanlarda müşahidə etdiyimiz islam şücaətdən, cəsarətdən, səbrdən danışır digər tərəfdən şücaəti çılğınlıq, cəsarəti axmaqlıq, səbri qorxaqlıq adlandırır. Bu isə həqiqi islam deyil. Bu Peyğəmbər və imamların qoyub getdikləri islam deyil!

Mən müasir islama demək istəyirəm ki, bu gün hər kəs səni sevir hamı səndən danışır. Hətta düşmənlərin belə səni sevir sənin rənginə boyanıb. Lakin sən yalançısan! Sən həqiqi islam ola bilməzsən! Sən özünü insanlara təqdim etmək üçün həqiqi islamın halalını haram, haramlarını halal bilirsən. Sən yalan danışmağı, böhtan atıb şərləməyi, zalımlara dəstək olmağı, gərəkirsə dinsizlikdə belə suçlamağı gündəmdə qalmaq üçün vəzifə bilirsən. Sən həqiqi İslam deyilsən! Sən müasir islam olaraq gedib Fələstində özünü elan edə bilməzsən çünki, səni orada daşqalaq edəcəklər! Sən gedib Suriyada, İraqda, İslam ola bilməzsən ona görə ki, oralarda həqiqi İslamın unudulmaz Zeynəbi var! Hüseyni var! Heç Qarabağa da gedə bilməzsən qulağını kəsərlər sənin!

Get buralardan..! Get ki, bizə müasir islam lazım deyil. Get ki,”məhkum olunmuş islamımız”bir gün zahir olacaq! Get ki Ağam gəlib səni buralarda görməsin! Bizə belə islam lazım deyil get başa düşmürsən? Get!

Üstümü unlu görüb demə dəyirmançıyam, sənə təslim olan deyiləm. Əgər mənə və mənim kimilərə şəhadət şərbətini gətirmisənsə buyur gəl Bismillah!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button