ArxivIslamXəbər lentiXəbərlər

Jurnalist nazirdən şikayətçiləri məhkəməyə çağırdı

Səhiyyə Naziri Oqtay Şirəliyevin məhkəməyə verdiyi jurnalist Teymur Kərimov iyun ayının 7-də Nəsimi Rayon Məhkəməsinə çağrılıb.
Teymur Kərimovun bildirdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin (CM) 147.2-ci (Böhtan) maddəsi ilə məhkəmə işi başlayıb.
Məhkəmə iyun ayının 10-a təyin edilib.
“İddia ondan ibarətdir ki, guya mən Azərbaycan səhiyyəsininə kölgə salmışam, guya mən yalan bildrmişəm ki madddi-texniki vasitələr çatmır. Halbuki bütün faktlar var əlimdə.  Məhkəməyə təqdim edəcəyəm. Görək hakim icraata götürəcəkmi?”, – jurnalist bildirib.
Teymur Kərimov Səhiyyə Nazirliyindən şikayətçi olan hər kəsi şahid qismində məhkəməyə çağırıb.
Mayın 18-də T.Kərimov Səhiyyə Nazirliyin qarşısında aksiya keçirmişdi.
O, xəstə anasının müalicəsinə pul tapmadığını bildirərək, üst geyimini soyunmuş, paltarlarını satacağını açıqlamışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button