ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İsrailə qarşı mübarizə aparan bütün tərəfləri dəstəkləyirik

“Biz sionist rejiminə xəbərdarlıq etmişik ki, onlara qarşı istənilən tərəfdən aparılan mübarizəni dəstəkləyirik.”

bunu İranın İslam İnqilabının Keşikçilər Ordusunun (Sepah) Qüds Korpusunun komandanı İsmayıl Qəani deyib.

Sepah genarallarından birinin ildönümündə çıxış edən İ.Qəani hazırda İsraildə, işğal və mühasirə altında olan İordan Çayının Qərb sahili və Qəzzadakı vəziyyətə diqqət çəkib və qeyd edib ki, onlar İsrailə qarşı mübarizə aparan istənilən tərəfi dəstəkləməkdədirlər.

“Bİz işğalçı sionist rejiminə bildirmiş ki, bu rejimlə mübarizə aparan istənilən tərəfi dəstəkləyirik. Bu dəstək hələ də davam edir. Bu gün Fələstində əməliyyat həyata keçirən gənclər Fələstinin içində onların gələcək dördüncü və beşinci nəsillərinin mayalarıdırlar. Onlar bu fədakar əməliyyatlarla sionist rejiminin bütün sistemini çökürdüblər”, deyə İ. Qəani əlavə edib.

O həmçinin əlavə edib: “İşğal edilmiş Fələstin ərazilərinin hər yerində polis hakimiyyəti və müşahidə-nəzarət kameraları var. Belə bir hərbi qərarah bazasına bənzəyən bölgədə fələstinli gənclər qalxaraq, düşmənlərinin cavabını verirlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button