ArxivXəbər lentiXəbərlər

Əhməd Cavad kimdir?

Əhməd Cavad kimdir?

Əhməd Cavad (Cavad Məmmədəli oğlu Axunzadə) 1892-ci ildə Şamxor rayonunun Seyfəli kəndində anadan olmuşdur. İbtidai təhsilini öz yaşadığı kəndində almışdır. 18 yaşında Gəncə mədrəsəsi adlanan ruhani seminariyasını fərqlənmə ilə bitirmişdir.

Ə. Cavad 1900-cü ildə atası vəfat etmiş və atasının çox böyük varidatının varisi olmuşdur. 1914-1918-ci illərdə Rus-alman müharibəsi dövründə xeyriyyə fondu yaradaraq müharibədə yaralanan və həlak olanların ailələrinə, yetimlərə yardım etmişdir.

1912-1916-cı illərdə Türkiyədə olmuşdur. Ermənilər azərbaycanlıları genosid edəndə Türk ordusunu yardıma çağıranların ilk təşəbbüsçülərindən olmuşdur.

1905-ci ildən Ə. Cavadın kitabları çap olunmağa başlamışdır. İlk şer məcmuəsi 1916-ci ildə çap olunmuşdur. Azərbaycan dövlət himninin müəllifidir. “Azərbaycan -Azərbaycan”, “Can Azərbaycan”, “Yaralı quş” “Biz qardaş deyilikmi”, “Bir gün”, “Bayram” , “Mən olaydım”, “Kür”,“Dünən” və bir sıra onlarla gözəl şer mə mahnıların müəllifidir.

Bununla yanaşı Ə.Cavad Şeksprin “Otello” əsərini , A.Puşkinin Ş. Rustavellinin və bir sıra başqa xarici müəlliflərin əsərlərini Azərbaycan dilində tərcümə etmişdir.

Azərbaycanda sovet hakimiyətinin ilk illərində Ə. Cavad Qubada və Bakıda müəllimlik etmişdir. Proletar yazıçıları cəmiyyətinin sədri, Bakı kinostudiyasında redaktor olmuşdur.

Cavad Məmmədəli oğlu Axundzadə Stalin repressiyasının qurbanı olmuş, 1937-ci ildə üçüncü dəfə həbs olunduqdan sonra oktyabrın 12-dən 13-əkeçən gecə güllələnmiş, ailəsi sürgün olunmuşdur.

Bakı küçələrindən biri onun adı ilə bağlıdır.(adam.az)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button