ArxivXəbər lentiXəbərlər

Azərbaycan ilə İranın Xəzər dənizi vasitəsilə iqtisadi əlaqələri genişləndirə bilər

İran Xəzəryanı ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi və təhlükəsizliyinin qorunması istiqamətində ikitərəfli əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın ticarət, sənaye, mədənlər və kənd təsərrüfatı palatasının sədri Qulamhüseyn Şafeyi deyib. O bildirib ki, İran Azərbaycan ilə Xəzər dənizində əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycanın və İranın dəniz sahilində lazımi infrastrukturu var. Bundan səmərəli şəkildə istifadə edib yük və sərnişindaşımasını həyata keçirmək olar.

Azərbaycan və İranın Xəzər dənizi sahilindəki limanları arasında əlaqələrin qurulması iqtisadiyyat, turizm, nəqliyyat sahələrindəki əməkdaşlığa böyük təkan verər. Bu əlaqələr hər iki dövlət üçün sərfəli olar.

Palata sədri Azərbaycanın geniş iqtisadi potensiala malik olduğunu və qeyri-neft sektorunda həyata keçirilən islahatların gələcəkdə ölkəyə iqtisadi səmərə verəcəyini qeyd edib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button