Qafqaz.irAz.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanın İmam Əli (ə) fondunun sədri Amil Xəlilovdan Ərbəindəki xidməti ilə bağlı müsahibə alıb.
Sözügedən müsahibəni əziz oxucularımıza təqdim edirik:
“Bismilləhir Rəhmanir Rəhim.
Öncə, uzaq yoldan gəlib bizdən müsahibə aldığınız üçün sizə təşəkkür edirik.
Biz 2018-ci ildən bu yolda xidmət edirik. Buna səbəb bizə hədislərdə gələn Ərbəini yaşatmaq tapşırığıdır.
Allahın inayətilə, biz bu Ərbəini yaşatmağa çalışırıq. İnşallah, Allah başımızı uca edər.
Gün ərzində azı 4-5 min zəvvara xidmət edirik. Gürcüstandan 9 nəfər xidmət üçün builki Ərbəinə qatılıb. (Ümumilikdə isə, Gürcüstandan) 270-dən çox zəvvar ziyarət üçün gəlib.
Allah bizi yolda xidmətdən ayrı salmasın. Bu yol mənim hər şeyimdir. Allahın izni ilə ömrümüz davam etdikcə bu yolda xidmət edəcəyik və xidmətlərimizi genişləndirəcəyik“.