ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlin müstəsna mənəvi fürsəti bitməkdədir – Ramazanın 29-cu gününün duası

Müsəlman öz ismətinin toxunulmaz qalmasını istəyirsə, digərləri ilə münasibətdə də buna riayət etməlidir. Bu, ramazanın 29-cu gününün münacatında yer alan mənəvi mesajlardan biridir.

 bu gün mübarək ramazan ayının 29-cu günüdür. Bu günün münacatında hər bir müsəlmana tövsiyə edilir ki, Allahdan öz ismətinin qorunub saxlanılmasında yardım diləsin.

Müsəlmana Allah qarşısında ibadətlər yerinə yetirmək əmr olunduğu kimi, onun insanlar qarşısında da vacib olan əməlləri var

Bu vacib əməllərdən biri bir kəsə töhmət verilərkən və ya onun haqqında qeybət edilərkən ona qulaq asmamaq, buna etiraz etmək və bu barədə ətrafda danışmamaqdır.

Hədislərdə deyilir ki, bir möminin isməti, cəmiyyətdəki ad-sanı Kəbə evinin əzəməti qədər toxunulmazdır.

Ramazan ayının 29-cu gününün duası:

“Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin.”

 

Tərcüməsi:

“İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə müvəffəqiyyət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!”.

Qeyd edək ki, hər il olduğu kimi bu il də İnterAz televiziya kanalı və SalamNews İnformasiya Agentliyi Ramazan ayı münasibətilə ənənəvi aksiyanı davam etdirəcək. Aksiyanın şüarı “İsrafçılıq və dəbdəbədən uzaq, sadə iftar süfrəsi”dir. Eyni zamanda, aksiya imkanı olan hər kəsi ehtiyac duyan insanlara kömək etməyə dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button