ArxivXəbər lentiXəbərlər

AİP lideri Mövsüm Səmədovun bütün dostlara salamı var

AİP sədri Mövsüm Səmədovun hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov dünən müvəkkili ilə görüşüb
İslaminSesi xəbər verir ki, bu barədə vəkil özünün feysbuk divarında yazıb. Cavad Cavadov Qobustan həbsxanasında yaşanan su və natəmizlik şəraitinin hələ də həll olunmadığını qeyd edib.

“Mövsüm Səmədov, bütün dostlara salamlarının çatdırılmasını xahiş etdi. Onun saxlanılma şəraitində dəyişiklik yoxdur və yuxarıda sadalanan problemlər eynidir”.

Vəkil həmçinin yazıb ki, Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərlə bağlı müdriyyətə şikayət edilib.

Həbsxana rəhbərliyi isə cavabında bildirilib ki, bunlar binanın köhnə olması və infrastruktur problemlərinə bağlıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button