ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İlham Əliyev İran sərhədlərində sionist şirkətlərin fəaliyyətini xüsusi vurğulayıb

 

Azərbaycan Respublikası prezidenti sionist rejim başçısına ünvanladığı məktubunda qarşılıqlı əlaqələrin əhatə dairəsinin genişlənməsi, bir sıra mühüm sahələrdə qarşılıqlı fəal əməkdaşlıqlardan məmnunluq ifadə edərək  Təl-Əvivdə Azərbaycan Respublikasının Ticarət və Turizm nümayəndəliklərinin açılmasını xüsusi vurğulayıb.

İlham Əliyev sionist şirkətlərin Azərbaycan Respublikasının İranla həmsərhəd bölgələrindəki fəaliyyətlərinə də diqqət çəkib: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakını xüsusi qeyd etmək istəyirəm”,- məktubda deyilir.

Azərbaycan Respublikası prezidenti energetika, yüksək texnologiyalar, təhsil, hərbi-texniki və digər sahələrdə sionist rejim ilə qarşılıqlı fəaliyyətlərin daha da inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu xatırladıb.  

14 may 1948-ci ildə ingilislər Fələstindən çıxmağı qərara aldılar və həmin gün ingilislərin qəyyumluğu altında yəhudi agentliyi icra komitəsinin o vaxtkı sədri Ben-Qurion rəsmi olaraq yəhudi dövlətinin yarandığını elan etdi.

Bir neçə dəqiqə ərzində düyanın iki böyük supergücü olan Amerika və SSRİ işğalçı sionist rejimini rəsmi tanıdı, beləliklə fələstinlilər dövlətsiz qaldılar.

Bundan sonra sionist rejimin fələstinliləri öz yurdlarından tamamilə çıxartmaq üçün planlarının icrası davam etdi və sionistlər bu günə qədər Fələstin simvol və miraslarını məhv etmək üçün bütün təlaşlarını işə salıblar. Bu məsələ milyonlarla köçkün fələstinlinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olmuşdur.

Nikbət (fəlakət) günü fələstinlilərin və dünya müsəlmanlarının yüz minlərlə fələstinlinin kütləvi şəkildə məcburi olaraq öz yurdlarından çıxarıldığı, qondarma İsrail rejiminin 14 may 1948-ci ildə müstəqillik elan etməsinə verildiyi addır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button