ArxivXəbər lentiXəbərlər

İlahiyyatçılar Hacı Ataməli Nur və Ramil Əliyev saxlanıldı

İlahiyyatçılar nardaranlı Hacı Ataməli Nur və cəlilabadlı Ramil Əliyev saxlanılıb

İslamazeri.az-ın verdiyi xəbərə görə, ilahiyyatçı Hacı Ataməli Nur və ilahiyyatçı Ramil Əliyev saxlanılıb.

İlahiyyatçı Hacı Ataməli Nurun saxlanılması ilə bağlı Trend-ə Nardaran sakinləri bildiriblər.

Sakinlərin sözlərinə görə, həbs olunan şəxs Nardaran qəsəbəsində Ağa məhəlləsində Cümə məscidinin axundu kimi tanınan Hacı Ataməli Nur  Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıb və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçilib.

Sakinlərin sözlərinə görə, hazırda Hacı Ataməli Nur Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır. Hacı Ataməli Nurun Nardaran hadisələri ilə bağlı həbs olunduğu ehtimal olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Trend-ə bildirib ki, Nardaran Cümə məscidi QMİ-də qeydiyyatdan keçib və oranın axundu Hacı Musa Qasımov təyin edilib.

 

Sosial şəbəkədə isə, Cəlilabad ruhanisi Ramil Əliyevin saxlanılması ilə bağlı xəbər yayılıb. Onun hansı səbəblərə görə – inzibati xətalar məcəlləsi və ya cinayət məcəlləsinə əsasən saxlanılması haqda isə məlumat verilmir. Lakin Cəlilabad inanclıları onun saxlanılmasını təsdiq edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button